Daha bir dəniz faciəsi: 30 yaşlı kişi Novxanı çimərliyində boğuldu
Abşeronda 30 yaşlı şəxs dənizdə batıb. APA TV-nin məlumatına görə, hadisə Novxanı çimərliyində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə ən yaxın xilasetmə məntəqəsinin əməkdaşları gəliblər. Məlum olub ki, suda batan 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğludur. B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.