Pakistanda daşqında ölənlərin sayı 169 nəfərə çatdı

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 169 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Təbii fəlakət zamanı 126 nəfər xəsarət alıb. 

 

Daşqınlar nəticəsində 5 795 evə ziyan dəyib. Fəlakət zonasından 700 minədək adam təxliyə edilib. Xilasedicilər və hərbçilər müvəqqəti yaradılan 700 düşərgədə 70 minədək çadır və dörd ton qida məhsulları paylayıb.

Müəllif | Apa.Tv
Apa.tv