Xaçmazda yanğın: 82 hektar biçilmiş sahə yanıb

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tel kəndi ərazisində qeydə alınıb. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi ilə bərabər Quba, Qusar, Şabran və Siyəzən rayonlarından da yanğınsöndürənlər cəlb olunub. Yanğın ümumilikdə 82 hektar ərazini əhatə edib. 80 hektar ərazidə biçilmiş taxıl sahəsi və 2 hektar quru kol-kos yanıb.  Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Səhər saatlarında başlayan yanğın axşam saatlarında söndürülüb. Yanğının başvermə səbəbləri məlum deyil. Fakta bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan