İŞİD daha bir məsciddə partlayış törədib, 15 nəfər ölüb

Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində  törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Ölənlərdən 12 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. APA TV-nin məlumatına görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.

 

Qeyd edək ki, mayda  Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.

Müəllif | Apa.Tv
Apa.tv