Zaqatalada ərzaq mağazasında yanğın olub
Zaqatalada ərzaq mağazası yanıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02:30 radələrində rayonun Muxax kəndində kənd sakini Ramiz Məcid oğlu Mahmudova məxsus, ümumi sahəsi 55 kv/m olan ərzaq malları mağazasında yanğın baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.