Türkiyədə turistlərin avtobusu aşdı: 4 ölü, 38 yaralı

Türkiyənin Dənizli şəhərində içərisində turistlərin olduğu avtobus aşıb. APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, 4 nəfər ölüb, 38 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır. Turistlər Rusiya, Belarus, Qazaxıstan və Litva vətəndaşları olub. Onlar Pamukkalədən Antalyaya gedirlərmi. Ölənlərin hamısı Rusiya vətəndaşlarıdır. Qəzanın səbəbi kimi yağmurlu hava şəraiti göstərilir. Rusiya FHN Türkiyədə baş verən qəza ilə bağlı "qaynar xətt" yaradıb. Türkiyənin rəsmi qurumları da xəsarət alan əcnəbi vətəndaşların ailələri ilə əlaqə yaratmaq üçün xüsusi tədbirlər görüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv