Məşhur erməni falçını öldürən qatillər tutuldu

Məşhur erməni falçı Ani Məcnunyanı öldürən şəxslər tutulub. APA TV-nin "news.am"a istinadən məlumatına görə, baxıcını iki nəfər qətlə yetirib. Onlar gənc sevgililərdir. Anna adlı qatil qızın Ani ilə heç bir tanışlığı olmayıb. Ekstrasens oğlanla münasibətdə olub. Muşeq adlı erməni gəncin tez-tez falçını ziyarət edib.

Onların Ani Məcnunyanın evinə qarət məqsədilə girdiyi deyilir. Cütlüyün evdən xeyli pul apardığı bildirilir.

Erməni baxıcıya baş nahiyəsindən il zərbəni Muşeq endirib. Bunu görən Anna hadisə yerindən qaçıb. Muşeq bundan sonra qadının ölmədiyini görüb və ona 58 bıçaq zərbəsi endirib.

Müəllif | Apa.Tv
Apa.tv