Avropa Liqasında “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi
UEFA Avropa Liqasında play-off mərhələsinin püşkatma mərasimi keçirilib. APA TV-nin məlumatına görə, bu nüfuzlu yarışda ölkəmizi təmsil edən “Qarabağ” və “Qəbələ” klublarının rəqibləri müəyyənləşib. “Qarabağ” bu mərhələdə İsveçrə təmsilçisi “Yanq Boyz”la qarşılaşacaq, “Qəbələ” ilə qrup mərhələsinə çıxmaq üçün Yunanıstanın köklü komandalarından “Panatiakos”la mübarizə aparacaq. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.