Yenə 25 yaşlı sürücü, yenə ölüm - XAÇMAZDA QƏZA

Ötən gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 11-ci kilometrliyində qeydə alınıb. Beyləqan rayon sakini, 25 yaşlı Həsənov Elnur Əli oğlunun idarə etdiyi “VAZ-21011” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Vəli Turan