Bakıda ana ölümü: 22 yaşlı qadın doğuş zamanı keçindi

Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı ana ölümü baş verib.


Doğum Evindən APA-ya verilən xəbərə görə, ölən qadın Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızıdır.

 

Doğum Evindən ölümün səbəbini açıqlamayıblar.

 

Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv