Bakı sakinin meyiti dəniz sahilindən tapıldı

Lənkəranın rayonun Vel kəndi ərazisində dənizin sahilində naməlum kişi meyiti tapılıb.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, meyit səhər saatlarında yerli sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
 

Araşdırmalardan sonra meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü, 10 ilə yaxın müddətdə həmin kənddə yaşayan Asəf Zaman oğlu Göyüşov olduğu müəyyənləşdirilib. 
 

Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv