Xəzərdə daha iki nəfər batıb
Xəzər dənizində daha iki nəfər batıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Xəzər rayonundakı Şüvəlan dəniz çimərliyində Bakı şəhər sakini Kamran Kamranbəyli çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.
Həmin çimərlikdə batan Bakı şəhər sakini Aqil Mahmudovun axtarışları isə davam etdirilir.