Ömründə ilk dəfə dənizə girdi və... boğuldu

Lənkəranda boğulma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Mamusta kənd sakini, 17 yaşlı Cavid Fikrət oğlu Əlizadə dənizdə çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, habelə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, həkim briqadası hadisə yerinə cəlb olunublar. Küləkli hava şəraitinə baxmayaraq, 17 yaşlı gəncin cəsədinin axtarışları hazırda davam etdirilir.

 

Qeyd edək ki, Cavid Əlizadə dostu ilə birlikdə ömründə ilk dəfə dənizə çimməyə gedibmiş.

Müəllif | Apa.Tv