Qasırğa evi havaya qaldıraraq apardı - VİDEO
“Soudelor” qasırğası Tayvanı cənginə alıb. Sosial şəbəkələrdə tayfunun keçdiyi an qadın sürücülərdən birinin avtomobilində yerləşdirilən video kamera vasitəsi ilə lentə alınıb. Təbii fəlakət nəticəsində 6 nəfərin öldüyü bildirilir.
Təbii fəlakət nəticəsində 185 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qasırğa səbəbindən şəhərdə orta məktəblər və dövlət müəssisələri bağlanıb. Hava limanında onlarla reys təxirə salınıb, yükdaşıma və dəmir yolu nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Elektrik xətlərini sıradan çıxması nəticəsində isə 100 min ev işıqsız qalıb.