İstanbulda böyük terror: polis məntəqəsi partladıldı
İstanbulda polis bölməsinə silahlı hücum olub. APA TV-nin məlumatına görə, partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücum edənlər cavab atəşi açıblar.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.
Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.
İstanbul Əmniyyət Müdirliyinin yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, ikisi polis əməkdaşı, yeddisi mülki şəxsdir.