Lənkəranda yaşayış evi yanıb

Lənkəranda ev yanıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ürgə kənd sakini, 1979-cu il təvəllüdlü İlyas Nurəddin oğlu Kazımova məxsus evdə qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və canlı  qüvvə səfərbər olunub. Onların müdaxiləsindən sonra yanğın söndürülməklə güclü alov dalğasının əhatə dairəsinin genişlənməsinin  qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 143 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağı  içindəki məişət avadanlığı ilə birlikdə, eləcə də tavanı və dam örtüyü 25 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

 

İlkin versiya kimi yanğının evdəki elektrik naqillərində baş vermiş qısaqapanmadan qaynaqlandığı güman edilir. Hadisənin dəqiq başvermə səbəbləri isə həyata keçirilmiş ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv