İstanbulda ABŞ konsulluğuna silahlı hücum: terrorçu qadın təslim oldu
İstanbulda ABŞ konsulluğuna basqın olub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Sarıyer bölgəsində törədilib. Naməlum şəxslər konsulluğun mühafizə xidmətinin iki əməkdaşına hücum ediblər. Terrorçuların birinin kişi, digərinin qadın olduğu bildirilir. Onlar mühafizə xidmətinin əməkdaşlarını və ətrafı atəşə tutublar. Xəsarət alan olmayıb, terrorçular hadisə yerindən qaçmağa nail olublar. Ərazi nəzarətə alınıb. Hücum edənlərdən birinin - qadının daha sonra hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.