Qızmar istilər qayıdır: 38 dərəcə!

Bakı və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

  

Havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv