Ağdaşda müəmmalı yanğın: iki ailə evsiz qaldı

Ağdaş rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini İsayev Dönməz Neyman oğlu və İsayeva Rövşanə Mustafa qızına məxsus ümumi sahəsi 221 kvadratmetr olan bir mərtəbəli, 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı mənzilin 185 kvadratmetrlik hissəsi içəridəki məişət əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. İki ailənin yaşadığı evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov