Türkiyənin İncirlik hərbi bazasında İŞİD-lə müharibəyə hazırlıq başladı

Türkiyədəki İncirlik hərbi hava bazasında hərəkətlilik müşahidə olunur. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə,  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 hərbi təyyarə və 300 nəfərlik canlı qüvvənin "İraq Şam İslam Dövləti" terror təşkilatı ilə mübarizə çərçivəsində bazaya enişindən sonra ötən gün əvvəlcə ABŞ-a aid iki, daha sonra isə dörd yük təyyarəsi eniş edib. ABŞ-ın iki yük təyyarəsi isə İncirlikdən havaya qalxıb.

 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" döyüş təyyarələrinin də uşuşlarının intensivləşdiyi müşahidə olunur.
 

Müəllif | Apa.Tv
Apa.tv