Prezident seçkilərində “exit-poll”u keçirəcək şirkət bəlli oldu

 

 

Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti həyata keçirəcək.

 

Müqaviləyə əsasən, AJF seçki günü APA İnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirəcək, həmçinin seçki kampaniyası dövründə sorğular edəcək, zəruri məsləhətlər verəcək.  

 

Qeyd edək ki, AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir.

 

Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.

Müəllif | Apa.Tv