Dollar ucuzlaşır, avro və rubl bahalaşır
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında ucuzlaşmaqda davam edir. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1.0493 manat olaraq müəyyənləşdirib. Avro isə həftənin əvvəlindən başlayaraq bahalaşmaqda davam edir. Hazırda 1 avronun qiyməti 1.1522 manatdır. Həftənin ilk günü Rusiya rublunun qiyməti dəyişməsə də, bu gündən rublun qiymətində cüzi bahalaşma qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 16 manat 70 qəpik olaraq müəyyən edib.