Bərdədə silahlı insident: 1 ölü

Bərdədə rayon sakini həmkəndlisini qətlə yetirib. Aralarında baş verən münaqişə nəticəsində həmkəndlilərdən biri digərinə odlu silahdan iki dəfə atəş açaraq öldürüb.Hadisə ötən gecə rayonun Vəliuşağı kəndində olub. Kənd sakini, 36 yaşlı Seymur Cəlilov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 39 yaşlı Elman Qurbanovu güllələyib. Nəticədə Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb. Bərdə rayon prokurorluğunun müstəntiqi Famil Axundovun APA TV-yə verdiyi məlumata görə, hadisəni törədən Seymur Cəlilov polis tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

 

Müəllif | Apa.Tv