10 ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulub
Dünya İqtisadi Forumunun Qlobal rəqabətqabiliyyətlilik indeksində Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan ötən dövr ərzində Dünya Bankının adambaşına düşən milli gəlir təsnifatına görə yuxarı orta gəlirli ölkələr kateqoriyasına yükəlib. APA TV xəbər verir ki, bunu Milli Fəaliyyət Qrupunun sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, milli iqtisadiyyat beş ildir ki, reytinqdə MDB ölkələri arasında liderliyini qoruyur.
İqtisadi İnkişaf Nazirliyi strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli konsepsiyadan danışaraq bildirib ki, Milli Fəaliyyət Qrupu ildə iki dəfə bütün qurumlardan görülən işlərlə bağlı hesabat alacaq və bununla bağlı yekun məruzə hazırlanaraq dövlət başçısına təqdim olunacaq. Artıq Mərkəzi Bank, Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilkin hesabatlarını Milli Fəaliyyət Qrupuna təqdim edib.