Tovuzda ot daşıyan yük maşını yandı

Tovuzda avtomobil otla birgə alışıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Vahidli kəndində Cəfərqulu Abdullayevin idarə etdiyi “Qaz-52” markalı yük avtomobilində baş verib. Kənd ərazisində otla dolu hərəkət edən maşın, qəfildən alovlanmağa başlayıb. Sürücü dərhal avtomaşını saxlayıb alovu söndürməyə çalışsa da buna nail ola bilməyib. Kənd sakinləri də alovlanan avtomobili söndürə bilməyiblər. Hadisə yerinə Tovuz YMH-nın avtomobil və canlı qüvvəsi çağrılıb. Yanğınsöndürənlər alovu ram edərək yanğının avtomobilin yanacaq çəninə keçməsinin qarşısını alıblar. Yanğın zamanı avtomobilin yanar konstruksiyaları qismən və banına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanaraq yarasız hala düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv