“Fənərbaxça”nın oyunçusuna atəş açdılar
Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Mehmet Topal şok hadisə ilə üzləşib. APA TV-nin məlumatına görə, 29 yaşlı futbolçuya atəş açılıb.
Topal məşqdən çıxıb evə gedərkən bir avtomobil tərəfindən izlənilib. Samandra yaxınlığında futbolçu maşınını saxlayan zaman ona tərəf 3 dəfə atəş açılıb. Xoşbəxtlikdən futbolçunun avtomobilinin şüşələri gülləkeçirməz olub və Mehmet heç bir xəsarət almayıb. Yerli polis oyunçunun ifadəsini aldıqdan sonra məsələ ilə bağlı geniş araşdırma aparmağa başlayıb.
Qeyd edək ki, bu ilin aprelində “Fənərbaxça”nın avtobusuna Rizədə atəş açılmış, sürücü yüngül xəsarət almışdı.