Azərbaycanda avro bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı avqustun 12-nə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında ucuzlaşmaqda davam edir. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1.0489 manat olaraq müəyyənləşdirib. Avro isə həftənin əvvəlindən başlayaraq bahalaşmaqda davam edir. Dünən avronun kursu 1.1522 manat olsa da, bu gün 1.1601 manat olaraq müəyyənləşib. Rusiya rublu isə həftənin ilk günlərinə nisbətən ucuzlaşıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 16 manat 30 qəpik olaraq müəyyən edib.