Dövlət müəssisələrini qarət edən yaxalandı

Dövlət İdarələrindən oğurluq edən Abşeron rayon sakini yaxalanıb. Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə Məhbub Əliyev  barəsində bir il əvvəl axtarış elan olunub. Rayonda Qaz İstismar İdarəsi, poçt və bələdiyyə binalarına gizli yolla daxil həmin şəxs içəri damlardan girirmiş.

 

İstintaqla müəyyən olunub ki, Əliyev törətdiyi bu cinayətlərdən başqa daha 2 mənzildən oğurluq edib. Ev sahibinin mənzili tərk etdiyini görən zaman icəri daxil olub və əlinə kecəni götürərək hadisə yerini tərk edib.

 

Törətdiyi oğurluqlara görə saxlanılan şəxs əvvəl şərti cəza alsa da, bu dəfə onu azı 7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv