FHN Sumqayıtda dənizdə batan şəxsi xilas etdi
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt çimərliyində batmaq təhlükəsi ilə üzləşən bir nəfərin köməyə ehtiyacı olması barədə məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar. Batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb. Əraziyə gələn təcili yardım briqadası sudan çıxarılan şəxsə ilkin tibbi yardım göstərib. Kimlik müayinəsi zamanı məlum olub ki, batmaq təhlükəsi ilə üzləşən şəxs Rufullazadə Kamal İlham oğludur.
Faktla bağlı Sumqayıt polisi araşdırma aparılır.