UEFA Superkuboku: "Barselona" - “Sevilya” 5:4 (QOLLAR)
Tiflisdə UEFA Superkuboku keçirilib. APA TV-nin məlumatına görə, qarşılaşmada İspaniyanın iki klubu “Barselona” və “Sevilya” üz-üzə gəlib. “Dinamo Arena”da baş tutan oyunu çoxlu sayda azərbaycanlı azarkeş izləyib.
"Sevilya" hesabı 3-cü dəqiqədə açıb. Qolun müəllifi Baneqa olub. "Barselona"nın cavabı gecikməyib. 7-ci dəqiqədə Messi hesabı bərabərləşdirib. Oyunda üçüncü qolun müəllifi də Messi olub. 16-cı dəqiqədə o özünün və komandasının ikinci qolunu vurub. Birinci hissənin sonuna az qalmış Rafinya "Barselona"nın 3-cü qolunu vurub.
İkinci hissənin ilk qolu da "Barselona"dan gəlib. Bu dəfə Suares fərqlənib. 52-ci dəqiqədən o komandasının 4-cü qolunu vurub. "Seviliya"nın ikinci qolu Reyesdən gəlib. 72-ci dəqiqədə Kevin penalti şansını dəyərləndirib və "Sevilya" hesabda rəqibinə yaxınlaşıb: 4:3
"Sevilya"nın bərabərlik qolu isə 81-ci dəqiqədə gəlib. Qolun müəllifi Konoplyanka olub. Oyunun əsas vaxtı 4:4 hesabı ilə bitib.
Uzatma dəqiqələrində Pedro Rodrigezin vurduğu qolla "Barselona" UEFA Superkubokunun qalibi olub.