Gümrüdə 7 ermənini qətlə yetirən Valeri Permyakovun məhkəməsi başladı
Ermənistanın Gümrü şəhərində bir erməni ailəsini qətl edən Rusiya hərbçisinin məhkəməsi başlayıb. APA TV-nin "İnterfaks"a istinadən verdiyi məlumata görə, proses Gümrü qarnizonun daxil olduğu Rusiya Federasiyasının Cənub Hərbi Dairəsində keçirilir. Bir ailənin yeddi üzvünü qətlə yetirən Valeri Permyakov fərarilikdə və hərbi hissəni qanunsuz olaraq silahla tərk etmə maddələri ilə ittiham olunur. Məhkəmənin yaxın müddətdə qərar çıxaracağı bildirilir. Valeri Permyakovun 10 il azadlıqdan məhrum ediləcəyi gözlənilir. Xatırladaq ki, fərarilik və hərbi postu silahla tərk etdiyi üçün ittiham olunan Valeri Permyakov bu ilin yanvar ayında Gümrüdə yaşayan bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.