Futbolçu Cavid Hüseynovun həbsi ilə bağlı apellyasiya şikayəti verildi


Futbolçu Cavid Hüseynov barəsində seçilmiş həbs qərarından apellyasiya şikayəti verilib.
 

Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, Səbail rayon Məhkəməsinin Cavid Hüseynov barəsində ötən gün çıxardığı qərardan bu gün apellyasiya şikayəti verilib. Onlar birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərarın ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş tədbirin dəyişdirilməsini istəyir.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi başlanıb. Bununla əlaqədar 6 nəfər saxlanılıb. Onlardan biri də futbolçu Cavid Hüseynovdur.

 

Müəllif | Apa.Tv
Apa.tv