Azərbaycanda havanın hərarəti 39 dərəcəyə çatacaq
Bakı və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.