Gəncədə iki "Jiquli" toqquşdu: ağır yaralı var

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsinə gedən yolda qeydə alınıb. “VAZ 2107” ilə “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2106”nın sürücüsü, Şəmkir rayon Könüllü kənd sakini, 1955-ci il təvəllüdlü Sərdar İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv