Lənkəranda yanğın baş verib

Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Kərgəlan kənd sakini, 72 yaşlı Xanəli Şahmirzə oğlu Həmidova məxsus tövlədə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib. Onların səyləri ilə yanğın lokallaşdırılmaqla güclü alov dalğasının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 135 kvadratmetr olan tövlənin dam örtüyü və damına yığılmış 5 ton ot bağlaması yanaraq kül olub.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv