Hacıqabulda quyu, Masallıda yanğın: İki körpənin faciəsi
Hacıqabulda 1 yaşlı uşaq faciəli şəkildə ölüb.
Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1 yaşlı Gülnur Qədirova həyətdə yerləşən su quyusuna düşərək boğulub. Onun meyiti quyudan çıxarılıb.
Masallıda da bir yaşlı uşaq dəhşətli şəkildə ölüb. Yaşayış evində baş verən yanğın onun həyatına son qoyub. İkimərtəbəli evin 3 otağı külə dönüb. Yanğın ikinci mərtəbədə başlayıb. 1 yaşlı körpə, Abbasquliyev Yalçın Əlişir oğlunu evdən çıxarmaq mümkün olsa da o, xəstəxanada keçinib.
Hər iki faktla bağlı araşdırma aparılır.