Göygöldə və Şəkidə iki nəfəri ilan sancıb

Bir gündə iki nəfəri ilan vurub. APA TV-nin məlumatına görə, Gəncə sakini, 1981-ci il təvəllüdlü Elnarə Əliyeva Göygöl rayonu Yeni Qızılca kəndindəki həyətlərində gəzərkən ilan onun ayağından sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Anomal hadisə Şəkidə də baş verib. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Qayabaşı kənd sakini, 1986-cı il təvəllüdlü  Bəxtiyar Şahbaz oğlu Hüseynov ilan sancması səbəbindən xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Bəxtiyar Hüseynovu gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində ilan olun sağ ayağının topuq nahiyəsindən sancıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Bəxtiyar Hüseynova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv