Ermənilər Ağdam ərazisində yanğınlar törədiblər
Ermənilər Ağdamın işğal olunan kəndlərində yenidən yanğın törədiblər. Rayonun işğal olunmuş Baş Qərvənd kəndinin ərazisində bu gün də ermənilər tərəfindən yanğın törədilməsi müşahidə olunur. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində güclü alov var. Yandırılan ərazilərdə hətta irigövdəli ağacların da alova büründüyü aydın görünür. Havanın küləkli olması isə yanğının miqyasının getdikcə artmasına səbəb olur. Xatırladaq ki, avqustun 11-dən etibarən ermənilər Ağdamın işğal altındakı Baş Qərvənd kəndinin ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar.