Məktəbdə 150 nəfəri öldürən terrorçulara ölüm hökmü verildi
Pakistanda hərbi məhkəmə Peşəvər şəhərində məktəbə hücum edən 6 terrorçunu ölüm cəzasına məhkum edib.
APA TV-nin məlumatına görə, ötən ilin dekabrında Peşəvər şəhərindəki məktəbə edilən hücum nəticəsində çoxu məktəbli olmaqla 150 nəfər ölüb. Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” qruplaşması götürüb.
Məlumata görə, hücumda iştirakı sübuta yetirilmiş 7-ci terrorçu ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, insidentdən sonra Pakistan hökuməti terrorla mübarizə üzrə milli planı qəbul edib. Parlament isə hərbi tribunalların yaradılmasına qərar verib.