MSK sədri: "ATӘT Azәrbaycanda keçirilәcәk seçkilәrdә iştirak etmәk istəyir"
"ATӘT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azәrbycanda keçirilәcәk seçkilәrdә iştirak etmәk arzusundadır". APA TV- nin mәlumatına görә, bunu Mәrkәzi Seçki Komissiyasının (MSK) sәdri Mәzahir Pәnahov Bakıda sәfәrdә olan ATӘT DTİHB ehtiyacları qiymәtlәndirmә missiyasının sәfәrinin nәticәsi ilә bağlı deyib. Onun sözlәrinә görә, yәqin ki, Azәrbaycan tәrәfi buna müsbәt yanaşacaq. Məzahir Pənahov seçkilәri müşahidә etmәk istәyәn beynәlxalq qurumları hәmişә dәvәt olunduğunu da deyib:
"Seçki günü ölkә üzrә 18 yaşını keçmiş vәtәndaşlarımızın sәsvermәni müşahidә etmәk hüquq var. Ölkә üzrә hәr kәs MSK-a müraciәt edә bilәr. Kimsә dairә üzrә müşahidә aparmaq istәyirsә, onun MSK-na müraciәt etmәsinә ehtiyac yoxdur. Onlar müşahidә etmәk istәdiyi Dairә Seçki Komissiyasına müraciәt edә bilәr. Әvvәlki illәrdә dә tәcrübәmizdә müşahidәçilәrlә bağlı heç bir problem olmayıb. Bizim müşahidәçilәrin sayı 50 min nəfərə çatıb. Azәrbaycanda seçkilәri müşahidә etmәk istәyәn beynәlxalq qurumları da hәmişә dәvәt etmişik. Müşahidәçilәri dәvәt etmәyә 3 qurum sәlahiyyәtlidir - Milli Mәclis, Xarici İşlәr Nazirliyi vә Mәrkәzi Seçki Komissiyası".
MSK sədri partiyaların maliyyə hesabatlarının təqdim edilməsi məsələsində ciddi narahatlıq olmadığını bildirb.
"Azәrbaycan qanunvericiliyinә görә, bu ildәn siyasi partiyaların maliyyә hesabatları MSK-na tәqdim olunmaldır vә komissiya bunu araşdırılmalıdır. Hәlә bizim vaxtımız var, ilin axırına kimi gözlәyәcәyik. Ola bilsin, hansısa partiya diqqәtsizlik edib, göndәrmәyib. Ola bilsin hansısa partiyanın problemlәri var. Mәhz onları araşdırmaqla mәşğuluq. Amma әlbәttә ki, ilin axırında qanunverciliyin tәlәblәrinә riayәt etmәk barәdә mәlumat verәcәyik".
Məzahir Pənahovun sözlәrinә görә, MSK bu il ilk dәfә bu mәsәlә ilә mәşğul və siyasi partiyalar üçün ilk tәcrübә olduğundan indiyә qәdәrki mәsәlәlәr ciddi narahatlıq doğuran mәqam görmür.
Bu gün MSK-nin Avropa İttifaqi ile əməkdaşlığı çərçivəsində "Namizədlərin Qeydiyyati Proseduru" ilə bağlı tədbir keçirilib.