Sumqayıtda 21 yaşlı oğlan Xəzərdə batdı

Xəzər dənizində daha bir nəfər batıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlunun dənizdə batması barədə məlumat daxil olub.

 

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Axtarışlar nəticəsində Ülvi Abdullayevin meyiti avqustun 14-də batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv