Sosial şəbəkədən...məhbəsə

Şərti olaraq, Cavad dedim ona. Adı öz adına yaxındı deyə. 1995-ci ildə Cəlilabadın Komanlı kəndində doğulub. Diqqətimi ona görə çəkdi ki, soial şəbəkələrdə gedən mübahisəyə görə düşüb həbsxanaya. Necə? Necəliyini özündən eşidək.

 

"Bir də yazmaram" deməsinə baxmayaraq, Şəfa adlı xanımın qohumu Cavada yenə söyüş və təhqirlər yazıb.

 

Cavadın bəxti onda gətirib ki, vurduğu şəxs ölməyib. Buna təəsüflənir. Deyir, gərək öləydi, çünki söyüşünə görə buna layiq idi buna. Cavad məhkəmə qərarından sonra bir müddət Kürdəxanıda təcridxanada saxlanıb. Yeri gəlmişkən deyim ki, cinayəti törədəndə orta məktəbin 10-cu sinifində oxuyurmuş. Ona görə də, onu uşaq koloniyasına köçürüblər, il yarımdan sonra isə artıq həbsxanaya göndəriləcək. 

 

Nəinki keçmiş həyatı, hətta törətdiyi əməl barəsində də fikirləşmir. Bəli, vaxtilə dərslərə səhlənkar yanaşıb, sosial şəbəkədə tanımadığı adamlarla ünsiyyət qurub, fikirləşmədən cinayət törədib, ancaq yenə fikirləşmir. Deyir, hələ burdayam fikirləşməyə vaxtım çox olacaq. Hə, Cavad, heç vaxt fikirləşmək istəmədiyindən, indi 5 il müddətinə azadlığı əlindən alınıb.    

 

Bura həbxana olsa, belə gününün pis keçirmədiyini deyir. Kompüter oyunları oynamaq, televizora baxmaq, bilyard oynamaq kimi imkanlar var. Boş vaxtlarında isə şeir, qəzəl oxuyur. Bir bənd şeir söyləməsini istədim. Dedi ki, olmaz, adam qadının qarşısında şeir deməz. Qəribə məntiqdi deyəcəksiz. Amma onun da öz məntiqi var. Bu məntiq artıq həbsxanada formalaşıb.  

 

Cavad özünü məğlub edilmiş hesab edir. Deyir, bura yeganə yerdi ki, qocalmaqdan, həyatının tez keçməsindən qorxan insan zamanın kosmik sürətlə ötməsini arzulayır. Həbxanada ötəcək ömrünün vaxtını iə əzbərdən deyir: düz 5 il, 7 ay, 15 gün. Az qalır saatı, saniyəni də söyləsin.

 

"Nə qədər caza  almısan?" sualıma bu qədər dəqiqi cavab verməsinin başqa adı yoxdur məncə.  Yaşı az, yaşadıqları ağır. Yaşına görə məncə cəzası çoxdu, özü isə "bəlkə də az almışam" deyir.

 

Bu yeniyetmə həbsxanada bir az da böyüyəcək. Həyata burdan atılacaq. Soruşdum ki, hasarın o biri tərəfi burdan necə görünür?  Başını qaldırıb səmaya baxdı. Və "pis deyil" söyləyib, başını silkələdi, sonra da gülümsədi. İnandım ki, "pis deyil" ifadəsini səmaya, aydınlığa, azadlığa aid elədi.

 

Müəllif | Apa.Tv