Türkiyədən Ermənistana qaçan "Ergenekon" prokuroru Almaniyaya getdi

Türkiyədə barəsində axtarış elan olunmuş prokuror, “Ergenekon” cinayət işinin ittiham aktının müəllifi Zəkəriyyə Öz Ermənistandan Almaniyaya gedib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Zəkəriyyə Öz hava limanında heç bir maneə ilə üzləşməyib. Zəkəriyyə Özün Almaniyadan başqa ölkəyə keçib-keçmədiyi isə hələlik bəlli deyil.

 

“Ergenekon” işində təqsirləndirilən və bir neçə il həbsxanada qalan jurnalist Tuncay Özkanın vəkili olmuş Əhməd Çörtoğlu isə Zəkəriyyə Öz və onun həmkarı Cəlal Qaranın ölkədən qaçmalarına göz yumulduğunu iddia edib.

Müəllif | Apa.Tv
Apa.tv