Şəkidə iki kəndin ərazisində yanğın baş verib

Şəkidə 200 hektar sahə yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, rayonun Aşağı Küngüt və Aşağı Kəldək kəndlərinin inzibati ərazisində biçilmiş taxıl və kol-kos sahələrində yanğın baş verib. Yanğın miqyasının böyüklüyünü  nəzərə alaraq yanğın baş verən əraziyə FHN-nin Şəki rayon DYMH-dən 3, Oğuz rayon DYMH-dən 2, Qəbələ rayon DYMH-dən 1, Qax rayon DYMH-dən 1 və Mingəçevir şəhər DYMH-dən 1 yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib. Yanğının qarşısı tam alınıb. Yanğın nəticəsində 200 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və yol kənarındakı ağaclar qismən yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv