Futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb.

 

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov APA-ya bildirib ki, futbolçunun barəsində seçilmiş həbs qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Azərbaycanda jurnalist ölümü ilə bağlı 6 nəfər həbs olunub. Onlardan biri də futbolçu Cavid Hüseynovdur.

Müəllif | Apa.Tv
Apa.tv