Dubaydan gələn azərbaycanlının üzərindən 1 milyon 700 min dollar çıxdı
Moskvada "Şeremetyevo" aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın "Moskva xəbərləri" agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib.
Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.
Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.