Şəkinin kəndlərində yenidən yanğınlar başlayıb

Şəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, ötən gün saat 16 radələrindən Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində  biçilmiş taxıl, quru ot  və kol-kos sahələrində yenidən yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan çox ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər  DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

Yerli sakinlərin APA TV-yə verdiyi məlumatına görə,  yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv