Abşeronda nişanlı oğlan televizor oğurluğu üstündə tutuldu
Bu il iyulun 26-da Abşeron Rayon Polis İdarəsinə mənzildən televizor oğurlanması ilə bağlı ərizə daxil olub.APA TV-nin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ələddin İbrahimov saxlanılıb. O, evdən oğurluq edərkən sərxoş olduğunu bildirib.
İlkin istintaq zamanı Ələddinin narkotik vasitələrinin aludəçisi olduğu da məlum olub.
Nişanlı olan 25 yaşlı Ələddin İbrahimov törətdiyi əməlindən peşman olduğunu deyib.
Qeyd edək ki, bu, Ələddinin ilk məhkumluğu olmayacaq. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2 və 3-cü hissələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.