PKK ilə döyüşdə daha 3 türk əsgəri şəhid oldu
Türkiyədə PKK terror təşkilatının silahlıları ilə əsgərlər arasında növbəti toqquşma baş verib. APA TV-nin məlumatına görə, atışma zamanı 3 əsgər şəhid olub, 6 hərbçi yaralanıb.
Hakkari vilayətinin Yüksəkova qəsəbəsinin 45 kilometrliyindəki Dağlıca bölgəsində PKK terrorçuları ərazini yoxlayan əsgərləri atəşə tutublar. Türkiyə ordusunun hərbçiləri cavab atəşi açıblar. Yaralı əsgərlər helikopterlərlə xəstəxanaya aparılıblar.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı üç əsgərin şəhid olduğunu təsdiqləyib.
Siirtdə isə PKK terrorçuları polis əməkdaşlarına hücum ediblər. Nəticədə iki polis əməkdaşı yaralanıb.