İspaniya Superkuboku: "Atletik" Barselona"nı darmadağın etdi
İspaniya Superkubokunun ilk oyununda Bilbao "Atletik"i "Barselona"nı böyük hesabla məğlub edib. APA TV-nin məlumatına görə, Bilbaoda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu "Atletik"in müdafiəçisi Mikel San-Xose vurub. Onun 13-cü dəqiqədə meydanın mərkəzindən vurduğu zərbədən sonra "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin səhvi üzündən top qapıdan keçib. İlk hissə bu hesabla başa çatıb.
"Atletik"in hücumçusu Aris Aduris ikinci hissədə het-trikə imza atıb. O, 53, 62 və 68-ci dəqiqələrdə fərqlənib. Hücumçu üçüncü qolu penaltidən vurub.
İspaniya Superkubokunun cavab qarşılaşması avqustun 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə avqustun 18-i saat 00.00-da başlayacaq.